Güney Azərbaycanın Mərənd rayonuna leysan yağıb.
Lent.az-ın «Oyannews»a istinadən məlumatına görə, güclü yağışlar nəticəsində Şərqi Azərbaycan əyalətinin bu şəhərini sel basıb və fırtına olub.
Bu təbii fəlak ə tşəhərdə ciddi fəsadlar yaradıb - ağaclar, elektrik dirəkləri aşıb, 200 evə ziyan dəyib. Nəticədə Mərəndə verilən elektrik enerjisi dayandırılıb. Təbii fəlakətin 700 milyon tümən (bir dollar təxminən 3450 tüməndir) zərər vurduğu bildirilir.