Bakı Apellyasiya Məhkəməsində "Azərsu" ASC-nin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutuna qarşı şikayətinə baxılıb.
APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.
Qeyd edək ki, bir müddət əvvəl 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində Zoologiya İnstitutunun ASC-yə qarşı iddiası əsasında məhkəmə prosesi başa çatıb. Məhkəmə iddianı təmin edib. İnstitut borcun şəxsi hesabdan silinməsi barədə iddia qaldırıb. Məhkəmə qərarı ilə razılaşmayan ASC Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək qərarın ləğvini istəyib.