Göyçay rayon Polis Şöbəsi əməkdaşları qadınları fahişəliyə cəlb edən şəxsi yaxalayıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Müsgürlü kənd sakini Məhbus Babayev gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiyinə görə saxlanılıb.
Saxlanılan şəxs ətrafında araşdırmalar davam etdirilir.