Maşın qaçırdı, polis yaxaladı, düşüb qaçdı
21 sentyabr 2015 15:42 (UTC +04:00)

Maşın qaçırdı, polis yaxaladı, düşüb qaçdı

0

Bakıda avtomobil qaçıran şəxslər müəyyən edilib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 19-da Binəqədi rayonu ərazisindən qaçırılmış Qardaşxan Hümbətova məxsus “VAZ-2107” markalı avtomobilin sentyabrın 20-də Binə qəsəbəsinin ərazisində hərəkətdə olması Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən müəyyən edilib.

 

Saxlanılarkən sürücü avtomobildən düşüb qaçıb.

 

Araşdırmalar zamanı hadisənin Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Elnur Əliyev və Asif Əsədullayev tərəfindən törədilməsi müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 233

Oxşar yazılar