Masallıda tövlə, Lənkəranda anbar, Kürdəmirdə ev yanıb
30 sentyabr 2015 11:33 (UTC +04:00)

Masallıda tövlə, Lənkəranda anbar, Kürdəmirdə ev yanıb

0

Bu gün Masallı rayonunda yanğın baş verib. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Sərçuvar kəndində vətəndaşa məxsus ümumi sahəsi 1236 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 750 kv.m sahədə və içərisinə yığılmış 60 ton ot bağlamasının 50 tonu yanıb. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Kürdəmir şəhərində də yanğın baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 162 kv.m olan birmərtəbəli, 4 otaq və aynabənddən ibarət evin bir otağının tavanı 10 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Lənkəran şəhərində isə ümumi sahəsi 260 kv.m olan anbarın dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə yanıb. Anbarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:37-də söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 220

Oxşar yazılar