Lənkəran rayonunda yanğın olub. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan ərzaq mağazasının yanar konstruksiyaları və içərisindəki mallar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 04:35-də söndürülüb.