Leyla Yunusla bağlı xəbərə Penitensiar Xidmətdən reaksiya
24 sentyabr 2014 18:55 (UTC +04:00)

Leyla Yunusla bağlı xəbərə Penitensiar Xidmətdən reaksiya

"Leyla Yunusun saxlanma şəraiti və vəkillərinin açıqlamaları ilə bağlı Penitensiar Xidmət artıq dəfələrlə rəsmi münasibət bildirib. Leyla Yunus Bakı İstintaq Təcridxanasında insan ləyaqətinə hörməti təmin edən şəraitdə saxlanilir".



Bunu Lent.az-a Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Leyla Yunusun saxlanma şəraiti və onunla davranışla bağlı vəkillərinin açıqlamasına münasibət bildirərkən deyiblər.



Məlumatda qeyd olunub: "Vəkillərin həqiqəti əks etdirməyən növbəti açıqlaması yalnız bu şəxsi ictimaiyyətin diqqət mərkəzində saxlanılması məqsədi güdür".

Qeyd edək ki, bu gün Leyla Yunusun müdafiəçiləri Elçin Qəmbərov, Fariz Namazlı, Cavad Cavadov, Xalid Bağırov və Əlayif Həsənov bəyanatla çıxış ediblər. "Azadliq.info" saytının xəbərinə görə, bəyanatda bildirilib ki, 24 sentyabr 2014-cü ildə müdafiəçilərindən vəkil Fariz Namazlı və Cavad Cavadov növbəti dəfə Leyla Yunusun yanına gediblər və onunla görüşüblər.

L. Yunus bildirib ki, o, kamerada soyuq su ilə yuyunduğu üçün soyuqlayıb və bir neçə gün qızdırmalı yatmalı olub, buna görə də bu həftənin əvvəlində vəkilləri ilə görüşə çıxmayıb.


Vəkillərin yaydığı bəyanatda L. Yunusun kamerasında “şmon” keçirildiyi, nəzarətçilərin yazılar axtardığı, onun yaxınları ilə telefon ünsiyyət hüququnun bir aylıq qadağan olunduğu yazılıb. Məlumatda L. Yusuna istinadla ona Bakı İstintaq Təcridxanasının əməkdaşı mayor Yaqubov tərəfindən fiziki təzyiq göstərildiyi də yazılıb.

Vəkillər aidiyyəti orqanları bununla bağlı təxirə salınmadan araşdırma aparmağa, Leyla Yunusa təcili müvafiq yardım göstərilməyə çağırıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1391
avatar

Oxşar yazılar