Lənkəranda iki balıqçı itkin düşüb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbut xidmətinə istinadən məlumatına görə, fevralın 13-də rayon sakinləri Ceyhun Mahmudov və İbrahim Məmmədov “Yamaha-55” markalı qayıqda balıq tutmaq üçün dənizə gedib və geri qayıtmayıblar. Görülmüş tədbirlərlə həmin gün saat 13 radələrində qayığa məxsus taxta ayaqaltı və yanacaq çəni dənizdə tapılıb.
Onların axtarışı davam etdirilir.