Lənkəran-Boradigah şosesində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəranın Zeravul kəndindən keçən çayın üzərindəki körpüdə qeydə alınıb.
Şəxsiyyətləri hələlik məlum olmayan Masallı rayon sakinlərinin idarə etdiyi “Mercedes” markalı, 10 NF 314 dövlət nömrə nişanlı mikroavtobus 62-BC 708 dövlət nömrə nişanlı “VAZ 2101” markalı avtomobillə toqquşub. “VAZ-2101”-in sürücüsü hadisə yerindəcə dünyası dəyişib. Digər sürücü isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.