Lənkəran sakini ehtiyatsızlıqdan qolunu kəsdi
14 sentyabr 2015 22:49 (UTC +04:00)

Lənkəran sakini ehtiyatsızlıqdan qolunu kəsdi

0

Lənkəran sakini ehtiyatsızlıqdan özünə bədən xəsarəti yetirib.

 

APA-nın cənub bürosunun məlumatına görə, hadisə sentyabrın 14-də saat 19.30 radələrində rayonun Digah kəndində qeydə alınıb.

 

Kənd sakini, 1989-cu il təvəllüdlü Vüsal Qılman oğlu Haşımov laqonda alətini işlədərkən ehtiyatsılıqdan sol qolunu kəsib. Yaralı dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun üzərində cərrahiyyə əməliyyatı aparılıb, yarası tikilib. Hazırda vəziyyətinin stabil olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 304

Oxşar yazılar