Lənkəran şəhərində 43 yaşlı qadın mənzildə köməksiz vəziyyətdə qalıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu barədə FHN-nin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan xilasedicilər mənzilə baxış keçirilərkən Abbasova Gülnar Rəcəbəli qızını huşsuz vəziyyətdə aşkar ediblər. Hadisə yerinə çağırılmış təcili tibbi yardım stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində G.Abbasovanın vəfat etdiyi müəyyən olunub.
Qeyd olunan şəxsin meyiti xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 13:57-də başa çatıb.