Bakı-Qazax yolunda 5 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş berib.
APA-nın məlumatına görə, hadisə bu gün axşam saat 20:00 radələrində yolun 200-cü kilometrliyində, Kürdəmir rayonu ərazisində qeydə alınıb.
Ağdam rayon sakini Əhməd Qurbanovun idarə etdiyi 10-XP-798 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşını Ağstafa rayon sakini Kənan Cəfərovun 10-EP-123 dövlət nömrə nişanlı “VAZ 2106” markalı maşını ilə toqquşub. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü və “VAZ 2106”dakı sərnişinlər, Bakı şəhər sakinləri, 1950-ci il təvəllüdlü Xanım Cəfərova, 1974-cü il təvəllüdlü İlhamə Məmmədova, 1953-cü il təvəllüdlü Xoşqədəm Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.