Komitə sədri Sumqayıtda
05 iyul 2013 18:03 (UTC +04:00)

Komitə sədri Sumqayıtda

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Sumqayıtda vətəndaşları qəbul edib. Bu barədə Lent. az-a Komitədən məlumat verilib.

Qəbul Sumqayıt şəhəri, eləcə də Qobustan, Xızı və Abşeron rayonlarını əhatə edib.

Bəzi müraciət edənlər gömrük rəsmiləşdirilməsinin daha səmərəli təşkili üçün təkliflərini irəli sürüblər. Bu təkliflərin öz həllini tapması və həyata keçirilməsi üçün müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub.

“Azərkimya” İstehsalat Birliyi və “Azqlas” şirkətinin nümayəndələrinin idxal etdikləri yüklərin gömrük rəsmiləşdirilməsi ilə bağlı yaranan, gömrük orqanından asılı olmayan problemlərlə əlaqədar isə DGK sədri tərəfindən aidiyyəti struktur bölmələrinin rəislərinə bu problemlərin tezliklə öz həllini tapması üçün müvafiq tədbirlərin həyata keçirilməsi barədə tapşırıqlar verilib.

Bundan başqa, şirkət nümayəndələrinin idxal etdikləri yüklərin rəsmiləşdirilməsi üçün gömrük ödənişlərinin ödənilməsində möhlət verilməsi və bu kimi digər məsələlər üzrə müvafiq qanunvericiliyin tələblərinə dair izahat da verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 445
avatar

Oxşar yazılar