İtkin düşən alpinistlərlə bağlı <span style="color:red;">YENİ XƏBƏR: "HEÇ BİR İZ YOXDUR"  - <span style="color:red;">YENİLƏNİB
29 dekabr 2017 11:41 (UTC +04:00)

İtkin düşən alpinistlərlə bağlı YENİ XƏBƏR: "HEÇ BİR İZ YOXDUR" - YENİLƏNİB

 
Dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.
 
 
İtkin düşmüş alpinistlərin axtarışları ilə bağlı Əməliyyat Qərargahından Lent.az-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və xüsusi təlim keçmiş itlər, peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlarda iştirak edir. Qeyd edək ki, bu gün səhər saatlarından Xüsusi Riskli Xilasetmə Xidmətinin əlavə 10 nəfər dağ-xilasedicisi axtarışlara cəlb olunub. 
                         
 
Axtarış işləri barədə əlavə məlumat veriləcək.

 

***

 

11:33

 

Quba rayonunda dağlıq ərazidə itkin düşən alpinistlərin axtarışı davam etdirilir. Bu gün səhər saatlarında dağlıq ərazidə axtarış tədbirləri bərpa edilib. Alpinistlərin üzvü olduğu “Gilavar” - hava və ekstrim idman klubunun rəhbəri Ziya Qasımov Lent.az-a bildirib ki, hələlik heç bir izə rast gəlmək mümkün olmayıb: “Biz bütün qüvvəmizlə ərazidə işləyirik, bütün dövlət qurumları, xilasedicilər axtarış-xilasetmə əməliyyatını davam etdirir. Heç bir izə rast gəlməmişik. İşimizi davam etdiririk”.

 

Bildirilir ki, son 3 günlə müqayisədə bu gün dağlıq ərazidə hava şəraiti bir qədər kəskinləşib.

 

Qeyd edək ki, hava-ekstrim idman klubunun üzvü olan alpinistlər: Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu, Cəbrayılzadə Fəridə Cəbiyulla qızı dekabrın 23-də Tufandağ istiqamətində yürüşə çıxıb. Onlar sonuncu dəfə Mahmuddərə adlanan ərazidə olarkən mesaj yazıblar və bildiriblər ki, hava şəraiti ilə bağlı yuxarı qalxa bilməyiblər, Mahmud çayının dərəsində gözləyirlər.

 

 

Xınalıq kəndinin icra nümayəndəsi Lent.az-a bildirib ki, dekabrın 23-dən etibarən 2 gün ərzində Xınalıq və ətraf ərazilərdə hava çox əlverişsiz, küləkli və yağıntılı olub. Növbəti iki gün ərzində isə hava şəraiti daha isti keçməyə başlayıb.

 

 

Əraziyə helikopter göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 208
avatar

Nizam Rza

Oxşar yazılar