Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Yevlax rayon sakini, 1985-ci il təvəllüdlü Saqi Eyvazov və Ağstafa rayon sakini, 1976-ci il təvəllüdlü Aqil Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə S. Eyvazov 4 il, A. Qurbanov isə 4 il, 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, quldurluq hadisə keçən il iyulun 5-də Mərdəkan qəsəbəsində yerləşən istirahət mərkəzində baş verib. İki naməlum şəxs Bakı şəhər sakini Zaur İsmayılovu yumruqla vuraraq mobil telefonunu əlindən alaraq qaçıblar.
Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Yevlax rayon sakini, 1985-ci il təvəllüdlü Saqi Eyvazov və Ağstafa rayon sakini, 1976-ci il təvəllüdlü Aqil Qurbanov tutulublar.