İmişlidə traktorçu ehtiyatsızlıq ucbatından müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Nurulu kəndində qeydə alınıb.
Həmin kəndin sakini, 1942-ci il təvəllüdlü Yerevan Qalamirzə oğlu Bayramov idarə etdiyi "Belarus" markalı traktorunun sıradan çıxmış təkərini təmir edərkən ehtiyat hissələrindən biri onun çiyin və ayaq nahiyəsinə dəyib. Nəticədə çiyninin körpücük hissəsi sınıb, ayağından isə ağır xəsarət alıb. Yaralı İmişli rayon mərkəzi xəstəxanasına çatdırılıb. Y.Bayramova ilk tibbi yardım göstərildikdən sonra o, tarvmatologiya şöbəsində yerləşdirilib.