Prezident İlham Əliyev “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, fərmana əsasən, Nazirlər Kabineti üç ay müddətində Prezident aktlarının fərmana uyğunlaşdırılmasına dair təkliflərini prezidentə təqdim etməli, NK-nın normativ hüquqi aktlarının fərmana uyğunlaşdırılmasını təmin etməlidir.
HK həmçinin “ASAN ödəniş” sisteminə qoşulmaq üçün texniki tələbləri və “ASAN ödəniş” sistemindən istifadə qaydalarını iki ay müddətində ölkə prezidenti ilə razılaşdırmaqla müəyyən etməlidir.