İki yanğın olub
23 may 2013 20:30 (UTC +04:00)

İki yanğın olub

Rayonlarda iki yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-ə istinadən verdiyi xəbərə görə, Qobustan rayonu, Nərimankənd kəndində vətəndaşa məxsus “Pajero” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub.

 

Daha bir yanğın hadisəsi Masallı rayonu ərazisində baş verib.  Masallı rayonu, Seybətin kəndində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 55 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Hər iki halda yanğın   yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 457
avatar

Oxşar yazılar