Ümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarında tədris aparacaq müəllimlər üçün yekun qiymətləndirmə keçiriləcək.
Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (TİPİİ) təşkil etdiyi imtahanlarda “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” proqramı üzrə təlimləri başa vuran 1000-ə yaxın ibtidai sinif müəlliminin iştirakı nəzərdə tutulur.
Paytaxtdakı 220 nömrəli məktəb-liseydə keçiriləcək imtahanlarda müəllimlər onlayn şəkildə 25 sualı cavablandıracaq.
İmtahanda iştirak edən müəllimlərə müvafiq ixtisasartırma sertifikatları təqdim olunacaq. Daha sonra həmin müəllimlər oktyabrın 1-dən fəaliyyətə başlayacaq məktəbəhazırlıq qruplarında məşğələlər keçəcəklər.