Hökumət Evinin önündə qarşısını kəsib öldürmək istədi
27 iyun 2018 11:28 (UTC +04:00)

Hökumət Evinin önündə qarşısını kəsib öldürmək istədi

Bakıda ölümlə təhdid edilən qadın polisə müraciət edib. Lent.az xəbər verir ki, ötən gecə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edən 1985-ci il təvəllüdlü Zeynalova Firuzə Fariz qızı bildirib ki, Səbail rayonu ərazisində tanışının hücumuna məruz qalıb. Qadının bildirdiyinə görə, saat 00:10 radələrində Üzeyir Hacıbəyli küçəsində (Hökumət Evinin qarşısında) İslam adlı şəxs bıçaqla ona hücum edərək ölümlə hədələyib.

 

Qadın həmin şəxsin hansı məqsədlə hücum etdiyini qeyd etməyib.

 

Müraciət əsasında araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 401

Oxşar yazılar