Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Hökməli qəsəbəsi, Nəriman Nərimanov küçəsi, 46 ünvanında qeydə alınıb. Evin sahibəsi Səbinə Mustafayevanın sözlərinə görə, övladını məktəbdən götürmək üçün evdən ayrılıb. Qayıdanda isə xoşagəlməz mənzərə ilə rastlaşıb. Çagırılmamış qonaqlar otaqlara evin pəncərəsindən daxil olublar.
"Evə daxil olmamışam. Amma görürəm ki, sənədləri cırıblar, tapdıqlarını götürüblər. Nə apardıqlarını hələ bilmirəm".
Mustafayevlər ailəsi bundan əvvəl də oğurluqla üzləşib. Analoji hadisə ötən ilin fevral ayında da baş verib.
Hazırda faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır. Səbinə Mustafayevanın evinə daxil olan şəxslərin tutularaq istintaq təhvil verilməsi istiqamətində zəruri tədbirlər görülür.