Hərbçimiz başından yaralandı
27 mart 2013 15:14 (UTC +04:00)

Hərbçimiz başından yaralandı

Azərbaycan – Ermənistan qoşunlarının təmas xəttində, Gədəbəy rayonu istiqamətində martın 26-da atəşkəsin pozulması nəticəsində daha bir Azərbaycan hərbçisinin yaralandığı məlum olub.


 

APA-nın xəbərinə görə, mayor Əsgərov Ceyhun Malik oğlunun başından yaralandığı bildirilir.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu APA-ya faktı təsdiqləyib. Zabitin vəziyyəti normal qiymətləndirilir.

 

Qeyd edək ki, martın 26-da cəbhənin Gədəbəy istiqamətində atışma nəticəsində ermənilər itki verərək geri çəkiliblər, Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu Mehman Sadıqov isə düşmən gülləsinə tuş gələrək şəhid olub. 

 

Atışma nəticəsində Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Fariz Abdullayev də yaralanıb. Güllə yarası alan əsgər hospitala yerləşdirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1231
avatar

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10