Hamilə arvadını öldürüb həyətində basdıran şəxs <span style="color:red;">MƏHKƏMƏ QARŞISINDA
24 noyabr 2016 16:07 (UTC +04:00)

Hamilə arvadını öldürüb həyətində basdıran şəxs MƏHKƏMƏ QARŞISINDA

Bakıda birlikdə yaşadığı hamilə qadını qətlə yetirməkdə təqsirləndirilən Altay Həsənovun cinayət işi üzrə məhkəmə başlayıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı noyabrın 30-na təyin edilib.

 

Qeyd edək ki, qətl hadisəsi bu il avqust ayında Bakının Xəzər rayonu Mərdəkan qəsəbəsində baş verib. Qəsəbə sakini 37 yaşlı A.Həsənov qeyri-rəsmi nikah münasibətində yaşadığı 34 yaşlı Yasəmən Novruzovanı mübahisə zəminində öldürüb. Hadisədən iki gün sonra isə A.Həsənov Xəzər Rayon Polis İdarəsini 1-ci Polis Bölməsinə gedərək arvadının itkin düşdüyünü deyib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində A.Həsənovun Y.Novruzovanı qətlə yetirərək yaşadığı evin həyətində basdırdığı məlum olub. Meyit ekspertlərin iştirakı ilə basdırıldığı yerdən çıxarılıb. A.Həsənov isə saxlanılaraq istintaqa təhvil verilib. İlkin dindirmə zamanı o, həyat yoldaşını əmisi oğlu ilə mobil telefonla danışdıqdan sonra döydüyünü deyib. Qətlə yetrilən Y.Novruzova 4 aylıq hamilə imiş.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 163
avatar

Səlcuq Elçin

Oxşar yazılar

Dişini çəkdirən  gənc oğlan öldü

Dişini çəkdirən gənc oğlan öldü

27 iyul 2024 , 16:38
Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

27 iyul 2024 , 15:38
Qubada DƏHŞƏT:  ata oğlunun asılmış meyitini tapdı

Qubada DƏHŞƏT: ata oğlunun asılmış meyitini tapdı

27 iyul 2024 , 14:55
Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

27 iyul 2024 , 14:12
Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

27 iyul 2024 , 13:26
Bakıda skuter  evin qabağından oğurlandı

Bakıda skuter evin qabağından oğurlandı

27 iyul 2024 , 13:09
Sumqayıtda evdən meyit tapıldı

Sumqayıtda evdən meyit tapıldı

27 iyul 2024 , 12:53
Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

27 iyul 2024 , 12:28