Bakı Kəndlər Birliyinin sədri, Nardaran ağsaqqalı Hacı Cəbrayıl Əlizadə martın 29-da, saat 16 radələrində dünyasını dəyişib. Bu barədə musavat.com-a Nardaran sakinləri məlumat veriblər. Mərhumun 72 yaşı var idi.
Hacı Cəbrayıl Əlizadə milli azadlıq hərəkatının və AXC-nin tanınmış simalarından olub. 1992-93-cü illərdə Sabunçu rayonunun icra hakimiyyətinin başçısı vəzifəsini daşıyıb. Sonrakı illərdə isə Bakı Kəndlər Birliyinin sədri kimi fəaliyyət göstərib.
Mərhum sabah dəfn olunacaq.
Allah rəhmət eləsin