Gürcüstanın müdafiə naziri istefaya göndərildi
04 noyabr 2014 22:51 (UTC +04:00)

Gürcüstanın müdafiə naziri istefaya göndərildi

Gürcüstanın müdafiə naziri İrakli Alasaniya tutduğu vəzifədən azad edilib. Lent.az-ın verdiyi xəbərə görə, bu barədə APA “Gazeta.ru”ya istinadən məlumat yayıb. Məlumata görə, bu barədə bu gün axşam saatlarında xüsusi brifinqdə ölkənin baş naziri İrakli Qaribaşvili bəyan edib.  

 

Qeyd edək ki, qərar verilməzdən əvvəl müdafiə naziri İrakli Alasaniya bəyanatla çıxış edərək Müdafiə Nazirliyinə məqsədli hücumun həyata keçirildiyini qeyd edib. İrakli Alasaniya qeyd edib ki, onun rəhbəri olduğu qurum Gürcüstanı NATO və Avropa İttifaqı ilə birləşdirən yeganə amil olub və prokurorluğun addımlarını Gürcüstanın Avroatlantik seçiminə qarşı həmlə adlandırıb.  

 

Gürcüstanın yeni müdafiə naziri Mindiya Canelidze təyin olunub. O, təyinatından əvvəl baş nazir yanında Təhlükəsizlik və böhranların idarəetməsi şurasının katibi vəzifəsində çalışıb.

 

 

Qeyd edək ki, bundan əvvəl Gürcüstan Müdafiə Nazirliyinin bir qrup yüksək çinli əməkdaşı 2 mln dollar məbləğində büdcə vəsaitlərini talan etməkdə təqsirli bilinərək həbs olunub.  

 

Bundan başqa, bu gün  prokurorluq 2013-cü ildə hərbçilərin kütləvi zəhərlənməsi ilə bağlı Gürcüstan Müdafiə Nazirliyinin daha bir qrup yüksək çinli əməkdaşına səhlənkarlıq ittihamı irəli sürüb.

 

Prokurorluqdan, həmçinin, bildirilib ki, Müdafiə Nazirliyinin daha bir qrup  əməkdaşının tikinti tenderi ilə bağlı yol verdiyi nöqsanlara dair istintaq aparılır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 726

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15