Göygöldəki qəzada yaralanan şəxs öldü
27 sentyabr 2015 13:36 (UTC +04:00)

Göygöldəki qəzada yaralanan şəxs öldü

0

Göygöl şəhərində “QAZel” markalı avtomobillə vurulan piyada ölüb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə ötən gün avtomobillə vurularaq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilən 1978-ci il təvəllüdlü Hafiz Balaxanov həkimlərin səyinə baxmayaraq xəstəxanada ölüb.

 

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

 

***

26 Sentyabr /18:21

Göygöl. Azər Məmmədli – APA. Göygöldə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. 
 
 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Bayraq Meydanı ərazisində qeydə alınıb. 
 
 

Rayon sakini, 1978-ci il təvəllüdlü Hafiz Balaxanov yolu keçmək istəyərkən “QAZel” markalı yük avtomobili tərəfindən vurulub. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
 
 

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 400

Oxşar yazılar