Göygöldə mənzildə yanğın baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, fevralın 6-da saat 23 radələrində Ziba İbadovanın yaşadığı evdə yanğın baş verib. Nəticədə 12 kvm. sahədə ev əşyaları və 60 kvm. sahədə dam örtüyü yanıb, yanıq xəsarəti alan Z.İbadovaya xəstəxanada ilkin tibbi yardım göstərilib.
Bənzər hadisə Samux rayonunda qeydə alınıb. Fevralın 8-də saat 02 radələrində Lək kənd sakini İntiqam Məsimova məxsus yardımçı təsərrüfatda yanğın baş verib. Nəticədə 20 kvm. sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb, İ.Məsimova yanğını söndürmək istəyərkən xəsarət alıb. İ.Məsimova xəstəxanada ilkin tibbi yardım göstərilib.
Sumqayıtda yanvarın 31-i yanıq xəsarətləri xəstəxanaya yerləşdirilən azyaşlı Sərxan Hüseynzadə termiki yanıq xəsarəti ilə xəstəxanaya gətirilib və fevralın 8-də orada ölüb.