Göygöl rayonunda bədbəxt hadisə baş verib.
Len.taz-ın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Fizuli qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1958-ci il təvəllüdlü İlham Abbasov həyətində olan ağacın üstündən keçən elektrik naqillərini qaydaya salmaq üçün ağaca çıxıb.
Ehtiyatsızlıqdan oradan yıxılan İ. Abbasov ağır bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.