Göyçayda maşın 32 yaşlı piyadanı vuraraq öldürdü
03 oktyabr 2015 01:09 (UTC +04:00)

Göyçayda maşın 32 yaşlı piyadanı vuraraq öldürdü

0

Göyçayda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

 

APA-nın yerli bürosunun məlumatına görə, hadisə 00-30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 217-ci kilometrliyində,  Göyçay şəhəri ərazisində qeydə alınıb.

 

Göyçayın  Ləkçiplaq kənd sakini, 1940-ci il təvəllüdlü Vidadi Mustafayev idarə etdiyi “99 GZ 680” dövlət nömrə nişanlı “Volkswagen Passat” markalı minik avtomobili ilə yolu keçən piyadanı, Göyçay rayonunun Mırtı kəndi sakini, 1983-cü il təvəllüdlü Nuriyev Sahib Həmzə oğlunu vurub.

 

S.Nuriyev aldığı ağır bədən xəsarətləri nəticəsində hadisə yerində dünyasını dəyişib.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 203

Oxşar yazılar