Göyçayda əcaib buzov doğulub
09 mart 2013 22:10 (UTC +04:00)

Göyçayda əcaib buzov doğulub

 

Göyçay rayonunda qeyri-adi görünüşə malik buzov doğulub. APA-nın məlumatına görə, maraqlı təbiət hadisəsi rayonun Mırtı kənd sakini Zamiq Hacıyevin mal-qara təsərrüfatında qeydə alınıb. Yeni doğulan buzov kenquruya bənzəyir. Təsərrüfat sahibinin sözlərinə görə, hər ildə bir dəfə normal bala verən inək bu dəfə maraqlı doğuş edib. Belə ki, 14 dəfə normal şəkildə bala vermiş inəyin yeni balasının qabaq ayaqları çox gödəkdir.

 

Kenquru kimi hərəkət edən buzov normal qaydada qidalanır. Lakin, o hələ çox kiçik olduğu üçün özünü çətinliklə idarə edir. Kənd sakinləri ilk dəfədir ki, belə bir buzov gördüklərini bildiriblər. 

# 1295
avatar

Oxşar yazılar