Goranboyda dələduzluqla məşğul olan veteran tutulub
27 mart 2013 00:28 (UTC +04:00)

Goranboyda dələduzluqla məşğul olan veteran tutulub

Goranboy rayonunda dələduzluqla məşğul olan şəxs saxlanılıb.APA-nın məlumatına görə rayonun Hacallı kənd sakini Nəcəfov Ziya Qulu oğlu Goranboy rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, İlkin İbrahimov adlı şəxs onu FHN-in Goranboy rayon Dövlət Yanğından Mühafizə Hissəsinə işə düzəltmək adı ilə 7 min 150 manat pulunu və bir ədəd xırda buynuzlu heyvanını aldadaraq mənimsəyib. Faktla bağlı keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İlkin İbrahimov tutularaq istintaqa təhvil verilib. Həmçinin, araşdırmalar zamanı məlum olub ki, İlkin İbrahimov əvvəllər bir neçə nəfərin hədə-qorxu yolu ilə pulunu da mənimsəyib. Qeyd edək ki, Qarabağ müharibəsi veteranı olan dələduz İlkin İbrahimov heç bir yerdə işləmir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 826
avatar

Oxşar yazılar