Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal piyada keçid xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının üzərində gömrük yoxlaması aparılıb. Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, yoxlama zamanı həmin şəxsin əynindəki pencəyin ciblərindən 8 ədəd “Samsung Galaxy Grand Prime” markalı mobil telefon, 8 ədəd qidalandırıcı element və 8 ədəd adapter başlığı aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.