General Ziya Yusif-zadə ilə vida mərasimi keçirilir
30 sentyabr 2015 14:59 (UTC +04:00)

General Ziya Yusif-zadə ilə vida mərasimi keçirilir

0

 

 

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Mədəniyyət Mərkəzində MTN-in Heydər Əliyev adına Akademiyasının rəisi, general-leytenant Ziya Yusif-zadə ilə vida mərasimi keçirilir.

 

APA-nın məlumatına görə, vida mərasimində milli təhlükəsizlik naziri Eldar Mahmudov, daxili işlər naziri Ramil Usubov, baş prokuror Zakir Qaralov, ədliyyə naziri Fikrət Məmmədov, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və başqa dövlət və hökumət nümayəndələri iştirak edirlər.

 

Mərhumun sabiq iş yoldaşları vida mərasimində çıxış edərək onunla bağlı xatirələrini bölüşüb, Ziya Yusif-zadənin fəaliyyətinə hər zaman fərqləndiyini, işinin peşəkarı olduğunu bildiriblər.

 

Mərhum bu gün II Fəxri xiyabanda dəfn olunacaq.

 

Qeyd edək ki, Ziya Yusif-zadə 1972-1976-cı illərdə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, 1976-cı ildən DTK sədrinin I müavini, 1980-1988-ci illərdə isə DTK-nın sədri vəzifəsində çalışıb.

 

1977-ci ildə general-mayor, 1984-cü ildə general-leytenant hərbi rütbəsi alıb.

 

1999-cu ildə Heydər Əliyevin Sərəncamı ilə hərbi qulluğa bərpa olunaraq, MTN-in  Akademiyasına rəis təyin edilib.

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycan Bayrağı" (2004) və "Şöhrət" ordenləri (2009) ilə təltif olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 445

Oxşar yazılar