Bu gün gecə saat 1 radələrində Gəncə şəhəri Nəriman Nərimanov prospektində ağır yol nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın Kəpəz TV-yə istinadən məlumatına görə, nəticədə 5 nəfər xəsarət alıb. Gülüstan qəsəbəsində şəhər istiqamətinə hərəkət edən “Daewoo” markalı minik maşını yolun qadağan olunmuş ərazisinə keçərək qarşı tərəfdən gələn “Niva” və “VAZ 21015” markalı avtomobillərlə toqquşub. Qəza nəticəsində hər iki avtomobildə olan sərnişinlər Gəncə şəhər TTYX- a çatdırılıblar. Vəziyyəti ağır olan iki nəfər Mərkəzi Klinik xəstəxanasına göndəriblər.
Faktla bağlı Gəncə şəhər polis idarəsində araşdırma aparılır.