Gəncədə soyğunçuluq etməkdə şübhəli bilinən şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 9-da Gəncə şəhər sakinləri Səma Əliyevaya məxsus qızıl əşyanı oğurlamış və Zeynəb Novruzovanın qızıl sırğasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən şəhər sakini İlkin Orucov tutulub. Digər şəxs isə müəyyən edilib.
Araşdırma aparılır.