Gəncədə qadını maşın vurdu
13 sentyabr 2015 00:10 (UTC +04:00)

Gəncədə qadını maşın vurdu

0

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə sentyabrın 12-də axşam saatlarında şəhərin Nizami küçəsində qeydə alınıb. İşlədiyi restorandan çıxan, 1967-ci il təvəllüdlü Hökumə Əhmədova yolu keçmək istəyərkən avtomobil tərəfindən vurulub. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir. H. Əhmədova özünü pis hiss etdiyi üçün müvazinətini itirərək avtomobilə dəydiyini bildirib.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 416

Oxşar yazılar