Gəncədə iki qadın dərman içərək intihara cəhd edib. APA-nın qərb bürosunun verdiyi məlumata görə Gəncə şəhər sakini, 39 yaşlı Səidə Rəsulova dərman zəhərlənməsi əlamətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Məlumata görə, S. Rəsulova həyat yoldaşı ilə mübahisə etdiyinə görə xeyli sayda dərman həbləri qəbul edib.
Gəncə şəhər sakini, 23 yaşlı Sara Pənahovada dərman zəhərlənməsi əlamətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Məlumata görə S. Pənahova xəstəlikdən əziyyət çəkdiyi üçün dərman həbləri qəbul edərək özünü öldürmək istəyib.
Hər iki qadın reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.