Gəncə sakini bıçaqlandı
26 sentyabr 2015 21:17 (UTC +04:00)

Gəncə sakini bıçaqlandı

0

Gəncə şəhər sakini bıçaqlanıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Elnur Ağayev qarın nahiyəsindən kəsilmiş-deşilmiş bıçaq yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta ağır qiymətləndirilir. E. Ağayevin şəhərin Nəriman Nərimanov prospektində yerləşən ərzaq mağazasının qarşısında bıçaqlandığı bildirilir. Onun kim tərəfindən bıçaqlandığı hələlik, məlum deyil.

 

 

 

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 431

Oxşar yazılar