Gəncədə avtomobil 56 yaşlı qadını vurdu
28 sentyabr 2015 22:07 (UTC +04:00)

Gəncədə avtomobil 56 yaşlı qadını vurdu

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə şəhərin Nizami küçəsində qeydə alınıb. Samux rayon sakini, 1959-cu il təvəllüdlü Solmaz Nəcəfzadə yolu keçmək istəyərkən “Opel” markalı avtomobillə vurulub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 297

Oxşar yazılar