Gədəbəydə “Niva” ilə “Mercedes” toqquşdu: 1 yaralı
05 oktyabr 2015 22:27 (UTC +04:00)

Gədəbəydə “Niva” ilə “Mercedes” toqquşdu: 1 yaralı

0

Gədəbəydə bir nəfərin yaralanması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə rayonun Böyük Qaramurad kəndi ərazisində qeydə alınıb.

 

“Niva” ilə “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində “Mercedes”-in sürücüsü 1952-ci il təvəllüdlü İsa Quliyev müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

 

Həkimlər yaralının vəziyyətinin orta ağır olduğunu bildirirlər. Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 231

Oxşar yazılar