Gecə yarı canavarlar tövlədəki qoyunları parçaladı - <span style="color:#ce2636;">Göyçayda
01 aprel 2016 11:18 (UTC +04:00)

Gecə yarı canavarlar tövlədəki qoyunları parçaladı - Göyçayda

 

 

Göyçay rayonunda canavarlar 38 baş qoyunu parçalayıb. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə rayonun Yalman kəndində qeydə alınıb. Kənd sakini Salahov Rəhman Saleh oğluna məxsus qoyunlar gecə saatlarında canavarların hücumuna məruz qalıb. Canavarlar tövlədə olan 22 baş qoyunu parçalayaraq öldürüb, 16 baş qoyuna isə ağır xəsarət yetiriblər. Ev sahibi yatmış olduğundan hadisədən gec xəbər tutub. Fermerə ümumilikdə 4 min manata yaxın maddi ziyan dəyib. Yaralı qoyunlar baytar həkimlərin nəzarətinə götürülüb. Ölən qoyunlar isə dezinfeksiya edilərək basdırılacaq.

   

Rəhman Salehov vəhşi heyvanların tez-tez kəndə hücum edərək şəxsi təsərrüfatlara ziyan vurduqlarını deyib.

 

Kənd sakinləri canavar və caqqalların sayının xeyli artdığını və onların ev heyvanları ilə yanaşı insanlara, azyaşlı uşaqlara da hücum etdiklərini bildiriblər.

 

Qeyd edək ki, martın 13-də canavarlar Yalman kəndində 25 baş qoyunu, fevralın 18-də isə Ləkçiplaq kəndində 15 baş qoyunu parçalamışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 182
avatar

APA Baycan

Oxşar yazılar