Gecə iki maşın yanıb
15 fevral 2015 05:34 (UTC +04:00)

Gecə iki maşın yanıb

Ötən gecə iki yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Masallı rayonunda vətəndaşa məxsus "Chevrolet" markalı avtomobildə yanğın baş verib. Nəticədə avtomobilin mühərrik və salon hissəsi  yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.  

 

Sumqayıtda vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobili yol kənarındakı maneəyə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yanğın nəticəsində  avtomobilin mühərriki və salon hissəsi qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 66
avatar

Oxşar yazılar