Fövqəladə Hallar Nazirliyi hərbi helikopterin qəzaya uğraması ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Qaradağ rayonu ərazisində, sahildən təqribən 300 m məsafədə Xəzər dənizinə helikopter düşüb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc xilasediciləri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Həyata keçirilmiş axtarış xilasetmə əməliyyatları nəticəsində 1 nəfərin meyiti sudan çıxarılıb. Hal-hazırda axtarış xilasetmə işləri davam etdirilir. Nəticələr barədə ictimaiyyətə əlavə məlumat veriləcək.