FHN Hacıqabuldakı yol qəzası ilə bağlı məlumat yayıb
21 iyul 2014 21:19 (UTC +04:00)

FHN Hacıqabuldakı yol qəzası ilə bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Hacıqabulda 4 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

Lent.az-ın FHN-nin saytına istinadən məlumatına görə, Hacıqabul rayonu, Bakı-Qazax yolunun 40-cı kilometrliyində “Kamaz” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobili toqquşub. FHN-nin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

 

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Mercedes” markalı minik avtomobilində şəxsiyyətləri məlum olmayan ikisi qadın, ikisi kişi olmaqla 4 nəfərin cəsədi sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış cəsədləri çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

 

Sonda ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1063
avatar

Oxşar yazılar