FHN Fransa səfirliyi ilə birgə seminar keçirəcək
04 aprel 2013 13:54 (UTC +04:00)

FHN Fransa səfirliyi ilə birgə seminar keçirəcək

0

Aprelin 8-də Azərbaycan Fövqəladə Hallar Nazirliyi və Fransanın Azərbaycandakı səfirliyi birgə seminar keçirəcəklər.

 

APA-nın xəbərinə görə, seminar böyük tədbirlərdə təhlükəsizlik mövzusuna həsr olunacaq.

 

Fransanın Azərbaycandakı səfiri Paskal Monye bildirib ki, Azərbaycanda 2015-ci ildə keçiriləcək Birinci Avropa Olimpiya Oyunları ilə əlaqədar fransalı mütəxəssislər Azərbaycana gələrək öz təcrübələrini bölüşəcəklər: “Onlar təhlükəsizlik sahəsində yeni texnologiyalar təqdim edəcək və Azərbaycanla bu sahədə əməkdaşlıq qurmağa çalışacaqlar”.

 

Əməkdaşlıq çərçivəsində Fransa Daxili İşlər Nazirliyinin nümayəndələrinin də Azərbaycana səfər edəcəyi gözlənilir. Diplomatın sözlərinə görə, Fransa bir çox məsələlərdə Azərbaycanla öz təcrübəsini bölüşmək niyyətindədir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 697

Oxşar yazılar