FHN dağlıq ərazidə köməksiz qalan şəxsi xilas edib
0
0
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə 1 nəfərin Quba rayonunda dağlıq ərazidə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Lent.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, nazirliyin Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər vətəndaşı təhlükəsiz əraziyə endirərək aidiyyəti üzrə təhvil veriblər.
0
0