FHN-in Bakı Regional Mərkəzində dəyirmi masa keçirilib
18 sentyabr 2015 17:02 (UTC +04:00)

FHN-in Bakı Regional Mərkəzində dəyirmi masa keçirilib

0

Bu gün Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində FHN Bakı Regional Mərkəzinin yerli özünüidarəetmə orqanları ilə qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda dəyirmi masa keçirilib. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, tədbirdə FHN Aparatı və qurumlarının nümayəndələri, Azərbaycan Şəhər, Qəsəbə və Kənd bələdiyyələrinin Milli Assosiasiyalarının sədrləri və icra katibləri, Bakı şəhərində fəaliyyət göstərən rayon bələdiyyələrinin sədrləri iştirak edib.

 

Tədbiri giriş sözü ilə açan Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev fövqəladə hallar orqanları ilə bələdiyyələrin mümkün əməkdaşlıq sahələri barədə danışmış və bildirib ki, fövqəladə halların nəticələrini aradan qaldırmaqla yanaşı, onların qarşısının alınmasında birgə çalışmaq daha faydalıdır. Çıxışda mümkün əməkdaşlıq sahələri kimi infrastruktur şəbəkələrinin vəziyyətinə nəzarət, işıq, su və elektrik xətlərinin mühafizə zonalarında qeyri-qanuni aparılan tikintilərin qarşısının alınması, tüstü bacalarının mütəmadi monitorinqi və profilaktik tədbirlərin görülməsinin vacibliyi vurğulanıb.

 

Daha sonra Azərbaycan Şəhər, Qəsəbə və Kənd bələdiyyələri Milli Assosiasiyalarının sədrləri çıxış edərək 2015-ci ildə öz ərazilərində insan həyatının təhlükəsizliyinin təmin olunması istiqamətində gördükləri işlər və mövcud problemlər barədə  məlumat verib işgüzar fikir mübadiləsi aparılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 351

Oxşar yazılar