![[b]Evdə meyiti tapılan qadının nədən öldüyü bəlli oldu[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]Evdə meyiti tapılan qadının nədən öldüyü bəlli oldu[/b]
Masallıda evində meyiti tapılan 72 yaşlı qadının ölümü ilə bağlı bəzi detallar məlum olub.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, Gülgəz İsrafilova Ərkivan qəsəbəsinin Abaslı məhəlləsindəki evində yaşayıb. Səhər saatlarında evə gələn oğlu Mübariz İsrafilov qapının bağlı olduğunu görərək, pəncərədən içəri keçib. Anası yerdə uzanmış vəziyyətdə olub. Yaxınlaşdıqda onun öldüyünü görüb.
Qadının uzun müddətdir, şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyi bildirilən qadının yıxılaraq öldüyü güman edilir. Onun baş nahiyəsində xəsarət aşkarlanıb. Ehtimal olunur ki, yaşlı qadın yıxılarkən başından xəsarət alıb.
Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. İlkin araşdırma zamanı evə basqın olmadığı, heç bir qiymətli əşyaya toxunulmadığı müəyyənləşib. Meyit müayinə olunmaq üçün morqa aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar
Bakıda gölün ətrafında yanğın baş verdi - VİDEO
16 iyul 2025 , 03:41
Yeni sadə müalicə yüksək qan təzyiqini azalda bilər
16 iyul 2025 , 02:27
Cəlilabadda dağlıq ərazi yanıb, bir nəfər tüstüdən boğulub - VİDEO -YENİLƏNİB
15 iyul 2025 , 21:02
Şirvanda kişi yaşadığı evin həyətində ölü tapıldı
15 iyul 2025 , 19:33
Erməni konyaklarının 85 faizi saxta çıxdı - BÖYÜK ARAŞDIRMA
15 iyul 2025 , 18:11
“Roşka” ləqəbli tiktokerin məhkəməsi başladı
15 iyul 2025 , 18:07
Bəy-gəlindən başqa hamı o tortdan zəhərləndi
15 iyul 2025 , 17:57