ETSN-inin qoruqdakı yanğınla bağlı açıqlaması
27 iyun 2013 22:01 (UTC +04:00)

ETSN-inin qoruqdakı yanğınla bağlı açıqlaması

Bu gün saat 14:50 radələrində Şirvan Milli Parkı ərazisində baş vermiş yanğın saat 18.00  radələrində Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə dəstələrinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) əməkdaşlarının operativ səyləri nəticəsində söndürülüb.

ETSN-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hazırda Şirvan Milli Parkının yanğına məruz qalmış ərazilərində yenidən alovlanma ehtimalı olan sahələr nəzarətə götürülüb və ETSN-nin əməkdaşları bütün ərazi boyu növbə çəkir.

Yanğının miqyasının öyrənilməsi və dəymiş ziyanın həcminin müəyyən olunması məqsədilə araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 484

Oxşar yazılar