"Ermənilərin 2 hərbçisi məhv edilib" - <span style="color:red;">Müdafiə Nazirliyi
02 oktyabr 2015 11:54 (UTC +04:00)

"Ermənilərin 2 hərbçisi məhv edilib" - Müdafiə Nazirliyi

0

“Düşmənin iki hərbi qulluqçusu məhv edilib, xeyli sayda yaralısı var”. Lent.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilir: “Oktyabrın 1-i və 2-də qoşunların təmas xəttində müxtəlif istiqamətlərdə Silahlı Qüvvələrimizin bölmələrinin həyata keçirdiyi qabaqlayıcı və vaxtında görülən tədbirlər nəticəsində düşmənin hərəkət fəaliyyətinin qarşısı alınıb.

Silahlı Qüvvələrimizin bölmələrinin vurduğu zərbələrlə qarşı tərəfin iki hərbi qulluqçusu məhv edilib, xeyli sayda yaralısı var.

Silahlı Qüvvələrimizin bölmələri heç bir itki vermədən bütün cəbhəboyu əməliyyat şəraitinə tam nəzarət edir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 192

Oxşar yazılar